İsrail prezidenti 30 uşağın HƏMAS-ın əsirliyində olduğunu bildirib

İsrail prezidenti 30 uşağın HƏMAS-ın əsirliyində olduğunu bildirib backend

30 uşaq HƏMAS yaraqlılarının əsirliyindədir.

Qaziler.az bildirir ki, İsrail prezidenti İsaak Hersoq oktyabrın 24-də Fransa prezidenti Emmanuel Makronla Təl-Əvivdə keçirdiyi görüşdə 30 uşağın HƏMAS-ın əsirliyində olduğunu təsdiqləyib.

“Orada müasir dövrün ən dəhşətli vəhşiliklərindən birini törətmiş HƏMAS terrorçuları tərəfindən oğurlanmış 30 uşaq əsirlikdədir”, - deyə İsrail lideri “İndependent” qəzetinin yayımladığı görüşdə bildirib.

Eyni zamanda, Hersoq aydınlaşdırıb ki, İsrail həm özünün, həm də xarici vətəndaşların azad edilməsinə çalışır. O, həmçinin qeyd edib ki, yəhudi dövləti özünün şimal sərhədində və ya başqa dövlətlə qarşıdurmaya girmək istəmir, lakin Hizbullah Livanı müharibəyə sürükləsə, “bunun əvəzini ödəyəcək”.

Bu görüşdə Fransa lideri israilli həmkarı ilə həmrəy olduğunu bildirib.

“Mən istəyirəm ki, siz  əmin olasınız ki, terrorla mübarizədə tək deyilsiniz”, - Makron vurğulayıb.

QAZİLER.AZ

Diaspora