Məhkəmə arvadını bıçaqla öldürüb pul kisəsini oğurlayan Sankt-Peterburq sakinini həbsxanaya göndərib.
Qaziler.az bildirir ki, Sankt-Peterburq məhkəməsi arvadını öldürməkdə və onun əmlakını oğurlamaqda təqsirli bilinən kişini 12 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Bu barədə Lenta.ru-ya şəhər prokurorluğu məlumat verib.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi və 158-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi (“Vətəndaşa xeyli ziyan vurmaqla oğurluq”) ilə təqsirli bilinib. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
QAZİLER.AZ