İsrail ordusu Qəzza zolağında quru əməliyyatı keçirmək niyyətindədir. Bu ölümcül bir hücum olacaq.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
İsrail Hərbi Dəniz Qüvvələri ilə Qəzza sahilləri yaxınlığındakı əraziyə baxış zamanı Qallant əsgərlərə bildirib ki, onlar "hücuma hazırlıqlı olmalıdırlar, çünki bu hücum olacaq" deyib.
"Biz hərtərəfli hazırlaşırıq. Bu, ölümcül hücum olacaq. Bu, qurudan, dənizdən və havadan birgə hücum olacaq. Siz işinizlə məşğul olun, hazırlaşın, biz sizə rəhbərlik edəcəyik", - deyə Qalant hərbçilərə bildirib.
QAZİLER.AZ