Oktyabrın 23-də Almaniyanın Hamburq şəhərinin Ali Regional Məhkəməsində İsveçdə terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı iki qardaşın məhkəməsi başlayıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, prokurorluğun məlumatına görə, müttəhimlər ölkədə Quranın yandırılmasına cavab olaraq İsveçdəki kilsələrdən birində terror aktı planlaşdırıblar.
İttiham tərəfi hesab edir ki, hücumun məqsədi mümkün qədər çox insanı öldürmək olub, lakin hücum edənlərin hələlik bu terror aktını həyata keçirmək üçün dəqiq planları olmayıb.
İttihama görə, böyük qardaş "İslam Dövləti" terror qruplaşmasının adı açıqlanmayan üzvünün göstərişi ilə 2023-cü ilin yazından hücumu planlaşdırırdı.
Prokurorlar böyük qardaşı xaricdə terror təşkilatına qoşulmağa cəhddə, ictimai təhlükəsizliyi təhdid edən ciddi zorakılıq aktı hazırlamaqda və terroru maliyyələşdirməkdə ittiham edirlər.
Müstəntiqlərin sözlərinə görə, hazırlıqda onun kiçik qardaşı da iştirak edib. O, xaricdə terror təşkilatına dəstək verməkdə və terrorizmin maliyyələşdirilməsinə yardım etməkdə şübhəli bilinərək mühakimə olunur.
QAZİLER.AZ