Orban Macarıstanın Aİ üzvlüyünü sovet işğalı ilə müqayisə edib

Orban Macarıstanın Aİ üzvlüyünü sovet işğalı ilə müqayisə edib backend

Macarıstanın baş naziri Viktor Orban 1956-cı il inqilabının sovet qoşunları tərəfindən yatırılmasının ildönümü ilə bağlı qalmaqallı bəyanatla çıxış edib.

Qaziler.az xəbər verir ki, Macarıstanın baş nazirinin bəyanatını AP agentliyi yayıb.

Orban Vesprem şəhərində çıxışı zamanı Macarıstanın Aİ üzvlüyünü ölkəsinin qırx ildən çox Sovet işğalı ilə müqayisə edib.

Xüsusilə, Macarıstan hökumətinin başçısı Aİ-ni liberal demokratiya modelini tətbiq etməklə Macarıstanı öz kimliyindən məhrum etməyə çalışmaqda ittiham edib, onun sözlərinə görə, macarlar bunu rədd edirlər.

Orban hesab edir ki, Brüssel Macarıstana qarşı Sovet hakimiyyəti dövründən qalma üsullardan istifadə edir.

QAZİLER.AZ

Diaspora