Serbiya vətəndaşlarının əksəriyyəti ölkənin Avropa İttifaqına daxil olmasına qarşıdır.
Qaziler.az bu barədə “Faktor plus” agentliyinin sorğusuna istinadən xəbər verir.
Statistikaya görə, respondentlərin 41%-i Belqradın Aİ-yə qoşulmasına qarşı çıxıb. Respondentlərin daha 38%-i Serbiyanı siyasi birləşmədə görmək istədiyini bildirib.
Sorğuda iştirak edənlərin daha 21%-i Avropaya inteqrasiya ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.
Bundan əvvəl Serbiya prezidenti Aleksandar Vuşiş CNN-ə müsahibəsində ölkənin Avropa İttifaqına üzvlüyünün onun üçün prioritet olduğunu bildirib.
QAZİLER.AZ