İrlandiya ukraynalı qaçqınlara dəstəyi azaldacaq

İrlandiya ukraynalı qaçqınlara dəstəyi  azaldacaq backend

Ukraynalı qaçqınlar üçün ən səxavətli ölkələrdən biri olan İrlandiya dəstəyini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, “The Irish Examiner”in yazdığına görə, yeni gələn ukraynalılar üçün dövlət mənzillərinin verilməsinə məhdudiyyətlər tətbiq olunacaq.

Hazırlanma mərhələsində olan memoranduma əsasən, ukraynalılar üç ay dövlət mənzillərində qaldıqdan sonra ya özəl kirayə sektorunda mənzil axtarmalı, ya da “mənzil təchizatı” sxemi üzrə girov kimi əmlak götürməli olacaqlar. Eyni zamanda, bu cür dəyişikliklər yalnız ölkəyə yeni gələnlərə şamil olunacaq.

Hökumətdəki mənbə qəzetə bildirib ki, yaşayış məhdudiyyəti İrlandiyanın təkliflərini digər Aİ ölkələri ilə uyğunlaşdırmaq üçün tətbiq edilib.

QAZİLER.AZ

Diaspora