Alman parlamentari Sara Vaqenknext Rusiya əleyhinə sanksiyalara və silah tədarükünə qarşı çıxan yeni partiyanın yaradıldığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Bu gün 10 siyasətçi Bundestaqda “solçular” sıralarını tərk edərək yeni siyasi qüvvə yaratmaq niyyətlərini açıqlayıb. Vaqenknext və onun tərəfdaşlarının çıxışı hökumətin mətbuat konfranslarının saytında yayımlanıb.
Sol partiya fraksiyasının keçmiş rəhbəri Sara Vaqenknext, Sağlamlıq və Ədalət birliyinin sədri olmuş Amira Məhəmməd Əli qeyd edib ki, onlar “Almaniya partiya sistemindəki boşluğu doldurmaq” və seçiciləri təmsil edəcək bir partiya yaratmaq niyyətindədirlər.
Öz növbəsində, Vaqenknext Almaniya hökumətini tənqid edərək, onun “plansız hərəkət etdiyini, uzaqgörən olduğunu və bəzi yerlərdə tamamilə səriştəsiz olduğunu” vurğulayıb.
QAZİLER.AZ