“Xerox” Rusiyada adını dəyişib

“Xerox” Rusiyada adını dəyişib backend

“Xerox” Rusiyadakı keçmiş hüquqi şəxsi adını “Technoevolab” olaraq dəyişdirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat verib.

Oktyabr ayında Amerikanın “Xerox” korporasiyası Rusiya bazarından yekun olaraq çıxdığını və Rusiyadakı bölməsinin yerli rəhbərliyə satıldığını elan edib. Bildirilib ki, “Xerox” MMC müstəqil qurum kimi fəaliyyətini davam etdirəcək və korporasiya ilə bağlı olmayan adını tezliklə dəyişəcək.

Şirkətin Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindəki kartına əsasən, oktyabrın 20-də “Xerox”un adı artıq “Technoevolab” olaraq dəyişdirilib.

QAZİLER.AZ

Diaspora