Türkiyə Böyük Millət Məclisinin Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası ilə birlikdə həyata keçirdiyi Protokol İnformasiya Sistemi Layihəsinin tətbiqi ilə süni intellekt Türkiyə Böyük Millət Məclisinə daxil olur.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, süni zəka TBMM və komissiyalardakı millət vəkillərinin səslərini tanıyacaq və çıxışlarını yazıya köçürəcək.
Türkiyə Böyük Millət Məclisinin Protokollar İdarəsinin rəhbəri Muhsine Çevik süni zəkanın mübahisəli müzakirələrdə danışıqları necə qəbul edib-etməyəcəyi ilə bağlı açıqlama verib:
"Süni intellekt mübahisəli müzakirələri aşkar edə bilməyəcək. Mübahisə olarsa, səslər üst-üstə düşdüyündən və onları ayırd etmək mümkün olmadığından normal səs yazısından faydalana bilməyəcəyik. Məhz o zaman stenoqrafiya işə düşür. Süni intellekt olsa belə, hər zaman bu stenoqrafa ehtiyac olacaq, çünki davalı müzakirələrdə süni zəka səsləri ayırd edə bilmir və kimin nə dediyini bilmir. Artıq burda bir insana ehtiyac olacaq”.
QAZİLER.AZ