Gecə Putinin ürəyi dayanıb - "General SVR" kanalı

Gecə Putinin ürəyi dayanıb - "General SVR" kanalı backend

Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin iqamətgahlarından birində vəziyyəti pisləşib. O, yataq otağında yıxılıb.

Qaziler.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “General SVR” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, mühafizəçiləri Putini döşəmədə yıxılmış vəziyyətdə tapıblar və dərhal həkim çağırılıb.

“Dünən saat 21:05 radələrində (Bakı vaxtı ilə 22:05) Təhlükəsizlik Xidmətinin əməkdaşları prezidentin yataq otağından yıxılmaq səsi eşidiblər. Təhlükəsizlik Xidmətinin iki əməkdaşı dərhal prezidentin yataq otağına daxil olub və Putini çarpayının yanında yerdə uzanmış vəziyyətdə, yemək və içkilər olan masanı isə aşmış görüblər. Yəqin ki, yıxılan zaman prezident masaya, qab-qacaqlara toxunub”, - kanal bildirib.

Qeyd edilib ki, iqamətgahda olan növbətçi həkimlər hadisə yerinə gəliblər.

“Həkimlər prezidentin ürəyinin dayandığını müəyyən edərək onu reanimasiya ediblər. Vaxtında yardım edilib, ürəyi işə salınıb və Putin özünə gəlib”.

Diaspora