“Yaxın Şərqdə münaqişənin şiddətlənəcəyi təqdirdə ABŞ tədbir görəcək” - Pentaqon rəhbəri

“Yaxın Şərqdə münaqişənin şiddətlənəcəyi təqdirdə ABŞ tədbir görəcək” - Pentaqon rəhbəri backend

“Kimsə Yaxın Şərqdə münaqişəni qızışdırmağa cəhd edərsə, Birləşmiş Ştatlar “müvafiq tədbir” görməkdən çəkinməyəcək”.

Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin “ABC” telekanalına müsahibəsində bildirib.

“Əgər hər hansı bir qrup və ya ölkə bu münaqişəni genişləndirməyi və müşahidə etdiyimiz xoşagəlməz vəziyyətdən istifadə etməyi planlaşdırırsa, mənim sizə məsləhətim - dəyməz. Bizim özümüzü müdafiə etmək hüququmuz var və biz müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik”, - deyə o bildirib.

Mənbə: ТАSS / Oxu.az

Diaspora