Ağ Ev ƏMR VERDİ: İraqdakı diplomatik missiyanın...

Ağ Ev ƏMR VERDİ: İraqdakı diplomatik missiyanın... backend

İraqdakı Amerika diplomatik missiyasının bəzi üzvlərinə təxliyə əmri verilib.

QAZİLER.AZ  Publika.az-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb .

Qeyd edilib ki, Amerika hakimiyyəti diplomatik missiyanın kritik işi ilə əlaqəli olmayan dövlət işçilərinin və onların ailə üzvlərinin ABŞ-ın Bağdaddakı səfirliyindən və ABŞ-ın Ərbildəki Baş Konsulluğundan getməsinə icazə verir.

Dövlət Departamenti bu qərarı təhlükəsizlik təhdidlərinin artması ilə izah edib.

Bundan əvvəl Amerika hərbçilərinin İraqın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazası “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutulub. Hərbi obyektin ərazisinə bir neçə raket düşüb. Təftiş aparmaq üçün bazaya və ətraf ərazilərə girişlər təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb.