Əgər İranın Livanda dəstəklədiyi Hizbullah Hərəkatı şimalda İsrailə qarşı ikinci cəbhə açarsa, İsrail Ordusu birbaşa İrana güclü zərbə endirəcək.
QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bunu İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat “Daily Mail” qəzetinə müsahibəsində bildirib.
Nir Barkat deyib ki, İranın planı İsrailə bütün istiqamətlərdən hücumdur: “Əgər biz Hizbullahın İsrailə hücum etmək niyyətini görsək, tək həmin cəbhədə cavab zərbəsi endirməyəcəyik, ilanın başına – İrana da zərbə endirəcəyik. Əgər İsrailə qarşı şimal cəbhəsini açsalar, Ayətullah və İran axşamlar rahat yatmayacaq. İsrailə hücum olacağı təqdirdə Livan və Hizbullah hazırda HAMAS kimi buna görə böyük ziyan görəcəklər. İsrailin düşmənlərinə açıq mesajı var. Biz deyirik ki, Qəzzada baş verənlərə baxın, əgər hücum etsəniz, belə cavab alacaqsınız. Biz sizi yer üzündən silərik”.