İsrail ordusu Qəzza zolağındakı hərbi obyektlərə zərbələr endirmək üçün yeni ikiyönlü "Stel Sting" minaatan mərmilərindən istifadəyə başlayıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Magellan” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri ilk dəfə "Stel Sting" mərmisindən istifadə edərək, HƏMAS-ın İsrail ərazisinə buraxılan raket qurğularına zərbələr endiriblər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Stel Sting" minaatan mərmiləri əhalinin məskunlaşdığı ərazilərdə terrorçuların hədəflərini dəqiq vurmağa imkan verir, eyni zamanda zərbənin ölümcüllüyünü artırır və ətrafdakıların zərər çəkmə riskini azaldır.