İsveçrədə bu gün parlament seçkiləri keçiriləcək.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, İsveçrə vətəndaşları Milli Şuranın - qanunverici orqanın böyük palatasının 200 deputatını və onun kiçik palatası - Kantonlar Şurasının 46 deputatından 45-ni seçəcəklər.
Ölkənin neytrallığına və immiqrasiyaya məhdudiyyətlərə ciddi riayət olunmasını müdafiə edən sağçı mühafizəkar İsveçrə Xalq Partiyası seçkilərdə favorit hesab olunur.