Bir şey aydındır: İsrail ABŞ və kollektiv Qərbin dəstəyi ilə HƏMAS-a qarşı hərbi əməliyyatlarını bu təşkilatın siyasi və hərbi qanadı tamamilə fiziki məhv edilənə qədər davam etdirəcək.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı tanınmış ekspert İqor Korotçenko deyib.
O qeyd edib ki, heç bir güc İsraili dayandırmayacaq:
"Qəzza səhra kimi təmizlənəcək, xəstəxanaya gecə hücumu kimi kütləvi ölüm və milyonlarla ərəb qaçqın Netanyahunu dayandıra bilməyəcək. İsrail cəmiyyəti fələstinlilərin kollektiv məsuliyyəti ilə bağlı liderlərinin fikirlərini tam şəkildə bölüşür və düşmənlərinin qanına həvəslə susayırlar.
Bax, bunlar reallıqlardır. Qışqırsanız da, qışqırmasanız da, heç nə dəyişməyəcək. Güclülər həmişə haqlıdır. Vay məğlubların halına".