Belçikanın ədliyyə naziri Vinsent Van Kukenborn oktyabrın 16-da Brüsseldə iki nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən terror aktına görə istefa verib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə VRT məlumat yayıb.
“Bu, şəxsi, böyük və bağışlanmaz səhvdir. Siyasi məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm", - nazir bildirib.
Qeyd edək ki, istefaya səbəb 2019-cu ildən Belçikada qeyri-qanuni yaşayan 45 yaşlı tunisli Abdussalam Lassoudun Brüsseldə iki isveçli futbol azarkeşini öldürməsi işi üzrə aparılan istintaqın nəticələri olub. Terror aktını törədən Abdussalam Lassoud kəşfiyyat orqanlarında radikal fikirlərinə görə tanınıbmış. İstintaq zamanı məlum olub ki, 2022-ci il avqustun 15-də Tunis hakimiyyəti cinayət ittihamı ilə əlaqədar onun ekstradisiyasını tələb edib, lakin 14 ay ərzində bu müraciət Belçika Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilməyib.