Livanın xarici işlər naziri Abdullah Bu Həbib İsraili iki günlük atəşkəs elan etməyə çağırıb.
Qaziler.az bu barədə CNN-ə istinadla xəbər verir.
"Gəlin atəşkəsə çağıraq və görək nə olacaq", - nazir deyib.
Nazir onu da qeyd edib ki, İsrail Livanın öz ərazisindən törətdiyi əməllərə görə necə cavabdeh olacağı haqda danışmaqla vəziyyəti daha da gərginləşdirir.
Oktyabrın 20-də İsrail ordusu Livandan atılan atəşə cavab olaraq Livandakı şiə təşkilatı Hizbullahın hədəflərinə yeni hücumlar həyata keçirib.
QAZİLER.AZ