“Fələstin HƏMAS hərəkatının siyasi qanadı danışıqlarda bəyan edib ki, İsraillə əsirlərin dəyişdirilməsi prosesinə başlamaq üçün sakit mühit lazımdır”.
Qaziler.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber” telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, bir neçə ölkə Türkiyəyə məhbusların azad edilməsinə köməklik göstərilməsi xahişi ilə müraciət edib və Ankara bu istiqamətdə mümkün olan hər şeyi edir.
“Həmas bizimlə görüşdə təşəbbüslərin həyata keçirilməsi üçün sakit mühitin və müəyyən prosesin zəruri olduğunu bildirdi”, - deyə Hakan Fidan bildirib.
QAZİLER.AZ