Rusiya XİN rəhbərinin keçmiş müavini xarici agent kimi tanınıb

Rusiya XİN rəhbərinin keçmiş müavini  xarici agent kimi tanınıb backend

Rusiya Federasiyası xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadze və daha iki nəfər xarici agent kimi tanınır.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, Kunadze Rusiya Federasiyasının mənfi imicinin yaradılmasına yönəlmiş yalan məlumatlar, habelə Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət, habelə RF Silahlı Qüvvələrinin hərəkətləri barədə yalan məlumatlar yayıb. O, həmçinin xarici strukturların təqdim etdiyi informasiya platformalarında mütəmadi olaraq çıxış edib.

Xarici agentlərin reyestrinə həmçinin politoloq və sosioloq Mixail Savva və “Dovod” nəşrinin baş redaktoru, jurnalist İlya Kosıgin də əlavə edilib. Hər ikisi Rusiyadan kənarda yaşayır.

QAZİLER.AZ

Diaspora