HƏMAS-ın İsrailə hücumundan sonra hərbi vəziyyətin pisləşməsi fonunda Latviyanın “airBaltic” aviaşirkəti 2023-cü ilin sonuna qədər Təl-Əvivə bütün uçuşları ləğv etdiyini açıqlayıb.
Qaziler.az “Avianews.com”a istinadla xəbər verir ki, Latviya aviaşirkəti öz qərarını onunla əsaslandırıb ki, sərnişinlərin və işçilərin təhlükəsizliyi onun əsas prioritetidir.
Aviadaşıyıcı Riqa və Təl-Əviv arasında birbaşa uçuşlar həyata keçirib.
Aviaşirkət qeyd edib ki, Latviya və beynəlxalq orqanlarla sıx əlaqə saxlayır və lazım gələrsə, uçuş cədvəlini dəyişməyə hazırdır. Bu o deməkdir ki, vəziyyət gərginləşərsə, aviaşirkət İsrailə uçuşları bərpa edə və ya əksinə, münaqişə davam edərsə uçuşların ləğvini uzada bilər.
QAZİLER.AZ