Beş ölkə BMT-dən Fələstin üçün toplaşmağı xahiş edib

Beş ölkə BMT-dən Fələstin üçün toplaşmağı xahiş edib backend

Beş ölkə BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyasının keçirilməsini xahiş edib

Qaziler.az “Rambler.ru”ya istinadla xəbər verir ki, bu müraciət ABŞ-nin Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsinə veto qoymasından sonra baş verib.

BMT Baş Assambleyası prezidentinin nümayəndəsi Monika Qrelinin brifinqdə bildirib ki, ona görüşün keçirilməsini tələb edən iki məktub daxil olub.

Oktyabrın 18-də BMT Təhlükəsizlik Şurası ABŞ-nin vetosuna görə Braziliyanın qətnamə layihəsini qəbul etməyib. Vaşinqtonun təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu qərarı “sənəddə İsrailin özünümüdafiə hüququndan bəhs etməməsi məyusluğu” ilə izah edib.

QAZİLER.AZ

Diaspora