Fransada işçilər İspaniya şərabını yerə tökməklə etiraz ediblər

Fransada işçilər İspaniya şərabını yerə tökməklə etiraz ediblər backend

Üç yüz fransız şərabçı qiymət siyasətinə qarşı üsyan edib və İspaniyadan yük maşınları ilə gələn içki çənlərini boşaldıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat paylaşıb.

Qəzəblənən fərdi sahibkarlar 10 min şüşə şərabı məhv edib, 24 min litr qızılgül suyunu yerə boşaldıblar. Hadisə Le Bulu kommunasında baş verib.

Nəşrin dərc etdiyi fotolarda kişi işçilərin yük maşınındakı konteynerləri deşərək şərabların asfalta sızdığı görünür. Onlardan biri çənin klapanını açaraq çəhrayı şərabin yerə axıdılmasına səbəb olub.

Sahibkarlar izah ediblər ki, qonşu ölkədən gələn şərabın daha ucuz olması səbəbindən özlərini “çuxurun dibində” hiss ediblər və buna görə də radikal addım atıblar. Onlar İspaniyadan gətirilən şərabın istehsal etdikləri şərabdan qat-qat ucuz olmasından hiddətləniblər.

QAZİLER.AZ

Diaspora