Oktyabrın 9-dan 6 min rusiyalı İsraildən Rusiya Federasiyasına qayıdıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 20-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İsrail, Livan, İordaniya və digər ölkələrdən müntəzəm aviareyslərdə uçuşlar üçün imkanlar qalır. Beləliklə, oktyabrın 9-dan bəri Təl-Əvivdən Rusiyaya 6 minə yaxın insan gəlib”, - nazirliyin açıqlamasında bildirilir.
Xarici İşlər Nazirliyi həmçinin vətəndaşlara İsrail, Livan, İordaniya və Fələstin ərazilərinə səyahət etməkdən çəkinməyi tövsiyə edib. Nazirlik bu yerlərdə olan hər kəsə yüksək riskli ərazilərdən qaçmağı və Rusiya nümayəndəliklərinin mesajlarına və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməyi məsləhət görür.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Qəzza zolağında qapalı qalan Rusiya vətəndaşlarının təxliyəsini təmin etmək üçün Misir və İsrail hakimiyyət orqanları ilə iş davam edir.
QAZİLER.AZ