Kuleba Orbanın Putinlə əl sıxması haqqında: “Ümid edirəm o, əllərini yuyub”

Kuleba Orbanın Putinlə əl sıxması haqqında:  “Ümid edirəm o, əllərini yuyub” backend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə Çindəki görüşünü şərh edib.

Qaziler.az xəbər verir ki, o, bu barədə “France 24” telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, görüşdə Orban Ukraynada hərbi cinayətlərə görə həbsi Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan Putinlə əl sıxıb.

Kulebadan Orbanla Rusiya Prezidenti Vladimir Putinin Çində bu görüşünə münasibət bildirməsi xahiş edilib. 

"Ümid edirəm ki, o (Orban) Putinlə əl sıxdıqdan sonra heç olmasa əllərini yuyub dezinfeksiya edib", - Dmitri Kuleba qısa cavab verib.

Xatırladaq ki, Putin və Orban oktyabrın 17-də Çində görüşüblər.

Bu, Putinin bir ildən artıq müddətdə Aİ üzvü olan dövlətin lideri və genişmiqyaslı müharibənin başlanmasından sonra isə NATO üzvü olan ölkə ilə ilk görüşü idi.

QAZİLER.AZ

Diaspora