Respublika Günü şərəfinə Qazaxıstanın göy-mavi bayrağı Afinanın ən hündür nöqtəsi olan Likabettos dağında dalğalanıb.
Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yunanıstan paytaxtının sakinləri və qonaqları dəniz səviyyəsindən 277 metr hündürlükdə quraşdırılmış Qazaxıstan bayrağına baxa biliblər.
Yunanlar üçün qədim və müqəddəs bir yerdə Qazax;stan bayrağının ucaldılması yunan və qazax xalqları arasında dostluğun simvoludur.
“Unikal təbriklər əsas missiyası ölkələr arasında ticarət, investisiya və mədəniyyət sahələrində əməkdaşlığı təşviq etmək olan Qazaxıstan-Yunanıstan İşgüzar Şurası tərəfindən təşkil edilib”, - deyə məlumatda bildirilir.
QAZİLER.AZ