Lukaşenko hökuməti yalan və dezinformasiyada ittiham edib

Lukaşenko hökuməti yalan və dezinformasiyada ittiham edib backend

Hökumət yalan danışmağa və prezidentə dezinformasiya verməyə başlayır.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hökumətinin qəbul edilən qərarları heç də həmişə yerinə yetirmədiyini deyib və onu tez-tez dezinformasiya verməkdə ittiham edib.

Qaziler.az bildirir ki, qövlət başçısının bu fikirlərini onun mətbuat xidməti yayıb.

"Son vaxtlar məni ən çox narahat edən, mən artıq hardasa bu barədə danışmışam, hökumətimizin konkret nəsə etmək əvəzinə, yalan danışmağa və prezidentə dezinformasiya etməyə başlamasıdır", - deyib.

O, ictimaiyyət qarşısında misallar çəkməsə də, onlar haqqında bağlı qapılar arxasında danışacağına söz verib. “Bu, nazirlərimizdən, qubernatorlarımızdan gəlirsə, niyə təəccüblənməliyik? Bu, qəbuledilməzdir”, - Lukaşenko vurğulayıb.

QAZİLER.AZ

Diaspora