Türkiyə Milli Müdafiə Nazirliyi qəhrəman türk əsgərinin "Barış bulağı" və "Zeytun budağı" bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirdiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, məlumata görə, Suriyanın şimalında terrorçuların hücumlarına cavab verən təhlükəsizlik qüvvələri uğurlu nəticə əldə edib.
Milli Müdafiə Nazirliyinin (MSB) paylaşdığı məlumatda 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
Məlumatda aşağıdakı ifadələr yer alıb:
"Qəhrəman Mehmetçik Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatlarını davam etdirir.
Son olaraq, "Zeytun Budağı" və "Barış bulağı" bölgələrində hücuma hazırlaşdıqları təyin olunan 5 PKK/YPG terrorçusu hədəflərinə çatmamış atəşə dəstək maşınlarımız tərəfindən zərərsizləşdirilib".
QAZİLER.AZ