Cənubi Koreyada bir gənc narkotikin təsiri altında olarkən uçuşda olan təyyarənin qapısını açmağa cəhd etdiyi üçün 3 il həbs cəzası alıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 20-də Yonhap agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, insident iyunun 19-da Filippinin Sebu adasından Cənubi Koreyanın İnçxon şəhərinə uçan "Jeju Air" reysi zamanı baş verib. İstintaq müəyyən edib ki, 18 yaşlı oğlan 1,6 qram metamfetamin qəbul edib.
İşə baxan İnçon Rayon Məhkəməsi hökmün qaçılmaz olduğunu, çünki günahkarın təyyarədə olan təxminən 180 sərnişinin həyatını təhlükəyə atdığını bildirib. Həbs cəzasına əlavə olaraq, gəncin 40 saatlıq narkotik müalicəsi proqramını tamamlaması tələb olunacaq.
QAZİLER.AZ