Təkcə son sutkada İordan çayının qərb sahilində HAMAS-ın 63 üzvü həbs edilib

Təkcə son sutkada İordan çayının qərb sahilində HAMAS-ın 63 üzvü həbs edilib backend

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi kütləvi gecə reydləri zamanı terror fəaliyyətlərində şübhəli bilinən 80-dən çox şəxsi saxlayıb.

Bu barədə İsrail təhlükəsizlik qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, saxlanılanlar arasında Fələstinin radikal HƏMAS hərəkatının 63 tərəfdarı da var.

Məlumat üçün əlavə edək ki, son günlər İordan çayının qərb sahilində İsrail Müdafiə Qüvvələri (IDF) ilə fələstinlilər arasında bir neçə toqquşma olub.

Mənbə: TASS

Diaspora