Rusiyanın komediya aktyoru Maksim Qalkin Kiprə uçduğunu bildirib.
Qaziler.az “Rambler.ru”ya istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.
Şoumen Kiprə Avropadakı böyük konsert turu çərçivəsində gəldiyini izah edib.
Qalkin aydınlaşdırıb ki, ilk konsert cümə günü, oktyabrın 20-də Limassolda baş tutacaq. O, Kipr xalqını çıxışına baxmağa dəvət edib.
Bir müddət əvvəl komediyaçı müharibə şəraitində olan İsraili tərk edərək Avropaya gedəcəyini açıqlamışdı. O, Polşa, Moldova və Böyük Britaniyada konsertlər elan edib.
Qeyd edək ki, Maksim Qalkin Rusiyada xarici agent kimi tanınıb.
QAZİLER.AZ