“Amazon” yeni xidməti vasitəsilə müştərilərə sifariş verdikləri dərmanı 1 saat ərzində təyin olunan ünvana çatdırır.
Qaziler.az bu barədə məlumatı “rambler.ru”ya istinadla qeyd edir.
“Amazon” qrip, pnevmoniya və astma kimi geniş spektrli xəstəlikləri əhatə edən 500-dən çox dərman növünü ünvana çatdıra bilər.Belə ki, “Amazon” əczaçıları dərmanları diqqətlə qablaşdıracaqlar. Daha sonra drmanlar dron tərəfindən aparılacaq.
“Prime Air”in məhsul və proqram idarəçiliyi üzrə direktoru Kalsi Hendrikson, pilotsuz çatdırılmanın üstünlüklərini izah edib. O bildirib ki, dronlar dronlar lazımsız vaxt itkisini aradan qaldırır. Həmçinin dronlar insanların və elektrik xətlərinin üzərindən təhlükəsiz hərəkət edə bilir.
QAZİLER.AZ