İsrailin baş naziri Binyamin Netanyahu özünün “X” sosial şəbəkəsindəki səhifəsində İsrail Müdafiə Qüvvələrini əsgərləri ilə çəkilmiş videosunu yayımlayıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, Netanyahu videoda Qəzza zolağına hücum etməyə hazır olduğunu bildirib.
“Mən və əsgərlərim hazırıq”, - deyə siyasətçi videoya şərh yazıb.
Baş nazir həmçinin İsrailə sarsıdıcı zərbə vuracağına və Fələstin-İsrail münaqişəsində qalib gələcəyinə əmin olduğunu bildirib.
QAZİLER.AZ