Qazaxıstanda dövlət qulluqçularından qazax dilini bilmələri tələb olunacaq

Qazaxıstanda dövlət qulluqçularından qazax dilini bilmələri  tələb olunacaq backend

Qazaxıstan Respublikası hökuməti 2029-cu ilə qədər dövlət dilinin inkişafı konsepsiyasını təsdiqləyib və bu konsepsiyaya əsasən, dövlət qulluğu sahəsində əsas dilə çevriləcək.

Qaziler.az bildirir ki, TASS bu barədə ölkənin Nazirlər Kabinetinin qərarına istinadən xəbər verir ki, müəyyən siyasi məmurlardan qazax dilini bilmələri tələb olunacaq.

“Konsepsiyanın həyata keçirilməsi zamanı ayrı-ayrı siyasi məmurların qazax dilini bilməsi ilə bağlı tələblər hazırlanacaq. Eyni zamanda, dövlət dili dövlət qulluğunun əsas iş dilinə çevriləcək”, - konsepsiyada qeyd edilib.

Məlumatda qeyd edilib ki, bu gün Qazaxıstanda ictimaiyyətlə əlaqələr əsasən rus dilində aparılır.

QAZİLER.AZ

Diaspora