Barselonada dəli dana xəstəliyi kimi tanınan ölümcül “Creutzfeldt-Jakob” xəstəliyini tədqiq edən biokimyaçının gözlənilməz ölümü araşdırılır.
Qaziler.az xəbər verir ki, bu barədə “Euro Weekly News” yazıb. Nəşrin məlumatına görə, alimin laboratoriyasında minlərlə icazəsi olmayan və potensial təhlükəli biomaterial nümunələri aşkar edilib.
Qeyd edilib ki, 2020-ci ildə biokimyaçı gözlənilmədən uzunmüddətli xəstəlik məzuniyyətinə gedib. Həmkarları onda həkimin müəyyən etdiyi ölümcül xəstəliyin əlamətlərini görsələr də, sirr olaraq saxlayıblar. Alim 2022-ci ildə alim dünyasını dəyişib və iş yerindəki dondurucuda universitetin bilmədiyi minlərlə insan və heyvan nümunələri aşkarlanıb.
QAZİLER.AZ