“Rolls-Royce” 2 mindən çox işçisini ixtisar edəcək

“Rolls-Royce” 2 mindən çox işçisini ixtisar edəcək backend

Təyyarə mühərrikləri istehsalı ilə tanınan “Rolls-Royce” dünya üzrə 2000-2500 işçisini ixtisar edəcəyini açıqlayıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu rəqəm şirkətin hazırkı məşğulluğunun 6 faizini təşkil edir.

Şirkətdən verilən açıqlamada daha sadə və daha mütəşəkkil bir təşkilati struktur yaradaraq səmərəliliyin artırılması üçün həyata keçiriləcək planlar açıqlanıb.

Bildirilib ki, yeni struktur müştərilərə daha yaxşı xidmət göstərə bilən və birinci dərəcəli məhsullar təklif etməyə davam edən daha çevik bir müəssisə olmaq məqsədi daşıyır.

“Rolls-Royce” açıqlamasında aşağıdakı ifadələri işlədib:

“Planlaşdırılan dəyişikliklər xərclərin səmərəliliyini təmin edəcək. 2023-cü ilə qədər xərclərin və işçilərin sayının ciddi şəkildə idarə edilməsi bizə imkan verdi ki, işçilərin sayındakı ümumi azalmanı minimuma endirək”.

Qeyd edilib ki, hazırda “Rolls-Royce” şirkətində 42 min işçi çalışır.

QAZİLER.AZ

Diaspora