Çin avtonom uçan taksiləri təsdiqləyən ilk ölkə olub

Çin avtonom uçan taksiləri təsdiqləyən ilk ölkə olub backend

Avtonom təyyarələr və sərnişin daşıma vasitələri inkişaf etdirən mərkəzi Çində yerləşən “Ehang” şirkəti 2021-ci ildə inkişaf etdirdiyi uçan taksi xidmətini təqdim edib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, şirkət tərəfindən hazırlanmış “eHang 216” adlı uçan taksi 4G və 5G bağlantıları ilə yanaşı, saatda 130 kilometr sürətə çata bilir.

220 kilo yükgötürmə qabiliyyətinə malik olan “eHang 216” tamamilə elektrik enerjisi ilə işləyir və avtonom olduğu üçün pilota ehtiyac duymur.

“EHang Holdings” hava taksisinin kommersiya sınaqlarına başlamaq üçün Çin hökumətindən icazə aldığını açıqlayıb.

Çin Mülki Aviasiya Administrasiyası hava taksisinin təhlükəsizlik standartlarına və uçuşa yararlılıq tələblərinə tam uyğun olduğunu bildirib. Qurum ilk dəfə olaraq kommersiya məqsədli PUA üçün sertifikat verib.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora