Ukrayna Təhlükəsizlik Xidməti uğurlu əməliyyatlar aparır - Ekspert

 Ukrayna Təhlükəsizlik Xidməti uğurlu əməliyyatlar aparır - Ekspert backend

Ukrayna Təhlükəsizlik Xidməti  bütün Rusiyada kütləvi hücumların yeni səviyyəsinə çatıb.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Xidmətin Kursk vilayətinə yeni hücumlarını şərh edən politoloq Taras Zaqorodnıy deyib.

Ekspertin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti uğurlu xüsusi əməliyyatlar aparır və onun Rusiya ərazisinə endirdiyi zərbələr daha da effektli olur.

"Pambıq mövsümü getdikcə geniş vüsət alır. Xidmətin həm quruda, həm də dənizdə pilotsuz uçan aparatlarının zərbələri getdikcə effektiv olur və düşmənə daha çox ziyan vurur",– ekspert vurğulayıb.

Onun fikrincə, Rusiya UTX-nin xüsusi əməliyyatlarının yeni səviyyəsinə hazır deyilmiş.

Xatırladaq ki, UTX Rusiyanın Kursk vilayətində "Xalino" aerodromunun yaxınlığındakı hərbi düşərgəyə hücum planlaşdırıb və həyata keçirib. Düşərgəyə UTX dronlarının ən azı 18 zərbəsi qeydə alınıb.

Eyni zamanda Rusiya iddia edir ki, guya hava hücumundan müdafiə qüvvələri “bütün dronları vurub” və “heç bir itki yoxdur”.

QAZİLER.AZ

 

Diaspora