Polşa prezidenti Anjey Dudanın müşaviri Marçin Mastalerek hesab edir ki, parlament seçkilərindən sonra “Qanun və ədalət” partiyasının lideri Yaroslav Kaçinski siyasətdən getməlidir.
Qaziler.az xəbər verir ki, o, bu barədə o, "Radio Zet"ə müsahibəsində bildirib.
Yaroslav Kaçinskinin siyasətdən getməsi ilə bağlı suala Mastalerek “Bəli” cavabını verib.
O, "PiS"-in bu seçki kampaniyasının uğursuz olması ilə bağlı suala da müsbət cavab verib.
Mastalerekdən prezident Andjey Duda ilə müxalifət siyasi qüvvələrin yaratdığı hökumətin baş naziri arasında əməkdaşlığın mümkün olub-olmadığı da soruşulub.
“Polşanın yaxşı fəaliyyət göstərməsi üçün əməkdaşlıq olmalıdır”, - deyə o, cavab verib.
Xatırladaq ki, Polşa Milli Seçki Komissiyası oktyabrın 15-də bütün seçki dairələri üzrə parlament seçkilərində səsvermənin nəticələrini açıqlayıb.
QAZİLER.AZ