Qazaxıstan Rusiyaya 106 növ malın tədarükünü dayandırıb

Qazaxıstan Rusiyaya 106 növ malın tədarükünü dayandırıb backend

Qazaxıstan sanksiyalara görə Rusiyaya 106 adda mal ixracını tamamilə dayandırıb.

Qaziler.az  bildirir ki, Qazaxıstan Qərbin sanksiyaları səbəbindən Rusiyaya 106 növ malın tədarükünü dayandırıb.

Bu barədə Zakon.kz portalı ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayevə istinadən yazır.

Onun sözlərinə görə, ixracı məhdudlaşdırılan malların siyahısına elektronika, dronlar, hərbi təyinatlı mallar daxildir.

“106 müxtəlif məhsul. Biz onların ixracını tamamilə məhdudlaşdırmışıq. Bunlar hərbi mallardır. Məsələn, dronlar, daxili hissələr, ixtisaslaşdırılmış elektronika, çiplər və oxşar məhsullar”, - deyə Torebayev paylaşıb.

QAZİLER.AZ

Diaspora