2023-cü ilin əvvəlindən Rusiyanın Primorsk vilayətinə xarici ölkələrdən turist axını demək olar ki, 27 dəfə artıb.
Qaziler.az “RİA Novosti”yə istinadən xəbər verir ki, əcnəbilərin kütləvi şəkildə Rusiya regionuna axışması barədə yerli turizm agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 2023-cü ilin əvvəlindən Primoryeyə xaricdən 130 min qonaq gəlib. Eyni zamanda, 2022-ci ilin eyni dövründə bölgəyə cəmi beş min turist gəlmişdi.
Qeyd olunur ki, Primoryeyə Çin, Fransa, Meksika, Koreya Respublikası, Yaponiya, Myanma, Tayvan, Laos, Kabo-Verde, Bruney və digər ölkələrin vətəndaşları səfər ediblər. Ümumi turist axınının təxminən 56 faizi Çin vətəndaşları olub.
QAZİLER.AZ