Qasım-Jomart Tokayev Çinə əl-Fərəbinin büstünü niyə bağışladı? - ChinaNews

Qasım-Jomart Tokayev Çinə əl-Fərəbinin büstünü niyə bağışladı? -  ChinaNews backend

Çinin “ChinaNews” nəşri son məqalələrindən birində prezident Qasım-Jomart Tokayevin Pekin Dil və Mədəniyyət Universitetinə səfərindən və Qazaxıstan adından Əl-Fərəbinin büstünün təqdimatından bəhs edib.

Qaziler.az qazax mətbuatına istinadən bildirir ki, məqalədə Əl-Fərəbinin keçdiyi həyat yolu hərtərəfli təqdim olunur, onun Qazaxıstanda doğulub boya-başa çatan, islam fəlsəfəsinin müəllifi olmuş, bəşəriyyətin Aristoteldən sonra “ikinci müəllimi” kimi dünyada şöhrət qazanmış məşhur mütəfəkkir olduğu vurğulanır.

Nəşr onu da qeyd edir ki, əl-Farabi Şərqlə Qərbin qovuşduğu Orta Asiyada yaşayıb, ona görə də onun yüksək səviyyəli fikirləri Şərq və Qərb mədəniyyətlərinin mahiyyətini birləşdirib, müxtəlif əsərlərdə öz əksini tapıb.

ChinaNews yazır ki, Əl-Farabi, şübhəsiz ki, qazax xalqının mənəvi həyatında mühüm yer tutan Şərq və Qərb sivilizasiyaları arasında qarşılıqlı bilik və təsirin tipik nümunəsidir.  "Ona görə də Tokayev Qazaxıstanın tarixinə və mədəniyyətinə xüsusi önəm vermək üçün əl-Farabinin büstünü Çinə bağışlamaq qərarına gəlib". Bununla da tokayev Qazaxıstanın xarici dünya, o cümlədən Çinlə sıx mədəni əlaqələri olduğunu və digər sivilizasiyalardan öyrənməyə hazır olduğunu göstərmək istəyir.

QAZİLER.AZ

Diaspora