HƏMAS yaraqlılarının İsrailə hücumu nəticəsində artıq Fransadan olan 24 nəfərin öldüyü təsdiqlənib, daha 7 nəfərin isə əsirlikdə olması ehtimalı var.
Qaziler.az bildirir ki, bu barədə BFMTV xəbər verir.
Baş nazir Elizabet Born Senat üzvləri qarşısında çıxışı zamanı təsdiqləyib ki, Fransa HƏMAS yaraqlılarının İsrailin sərhəd yaşayış məntəqələrinə hücumu nəticəsində Fransadan olan 24 nəfərin öldüyü və 7 nəfərin itkin düşdüyü barədə artıq məlumatlıdır.
Fransanın İsraildəki səfirliyi daha sonra yaşları 12 ilə 80 arasında olan dörd nəfərin ölümü haqda son məlumatı da açıqlayıb.
Fransadan girov götürülənlər arasında 21 yaşlı qızın festivaldan qaçırıldığı, videosu HƏMAS silahlıları tərəfindən əsirlikdən yayımlandığı da məlumdur.
QAZİLER.AZ