İsveç hökuməti "Gripen" qırıcılarının Ukraynaya təhvil verilməsini aktiv şəkildə müzakirə edir.
Bu barədə “RBC-Ukrayna” “Politico”ya istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Norveç, Danimarka, Belçika və Hollandiyanın F-16 qırıcılarının Kiyevə təhvil verilməsi ilə bağlı qərarı "Gripen"-in Ukraynaya verilməsini İsveç hökumətində daha çox müzakirə olunan yardım mövzusuna çevirib.
Ekspertlərin fikrincə, əgər İsveç təyyarələri göndərmək qərarına gəlsə, onların Ukraynada "fəaliyyətə başlaması" bir il çəkə bilər, çünki pilotlar və mühəndislər tanış olmayan sistemlər üzrə təlimlərə ehtiyac duyacaqlar.
Qeyd olunur ki, "Gripen" Ukraynaya öz hava məkanına nəzarət etməkdə əhəmiyyətli dərəcədə kömək edə bilər.
QAZİLER.AZ