İtaliyanın daxili işlər naziri Matteo Piantedosi çərşənbə günü sloveniyalı həmkarı Bostyan Poklyukarı Avropa və Yaxın Şərqdə dəyişən vəziyyətlə əlaqədar Sloveniya ilə müvəqqəti sərhəd nəzarətinin tətbiqi barədə məlumatlandırıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İtaliya hökumətindən məlumat veriblər.
Roma və Lyublyana sərhəd nəzarətini bərpa etmək qərarı ilə razılaşıblar və sonra Şengen zonası qaydalarına uyğun olaraq bu barədə Avropa Komissiyasına məlumat veriblər. Qərar oktyabrın 21-dən 10 günlük müddətə qüvvəyə minir.
QAZİLER.AZ