Rusiya ordusu Xersonu növbəti dəfə atəşə tutub. Axşam saatlarında baş verən hücum nəticəsində yerli sakinlər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçkonun Telegram kanalına istinadən məlumat yayıb.
"Rusiya ordusu axşam saatlarında müvəqqəti işğal olunmuş sol sahildən Korabelnı rayonuna zərbələr endirib. Evin vurulması nəticəsində bir nəfər dağıntılar altında qalıb", - hərbi administrasiya rəhbəri bildirib.
Onun sözlərinə görə, zərərçəkmişi dağıntılar altından çıxarılaraq tibb müəssisəsinə yerləşdirilib.
Bildirilib ki, hava zərbəsi nəticəsində 65 və 54 yaşlı iki kişi də yaralanıb. Onlar mina partlayışı xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Eyni zamanda 47 yaşlı yerli sakin də yaralıdır.
QAZİLER.AZ