Praqada Fələstin tərəfdarlarının yürüşü hökumət binasına çatıb

Praqada Fələstin tərəfdarlarının yürüşü hökumət binasına çatıb backend

Bu ayın əvvəlində Həmas-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə yaranan gərginlik fonunda Çexiyanın paytaxtı Praqada Fələstinə dəstək üçün nümayiş keçirilib.

Qaziler.az bildirir ki, bu barədə ČTK xəbər verir.

Nümayişçilər Yan Qusun ​​Köhnə Şəhər meydanındakı abidəsi önünə toplaşdıqdan sonra hökumət məhəlləsinə keçiblər. Onlar əllərində Fələstin bayraqları və “İşğal sülh deyil”, “İsrail öldürür” və “Azad Fələstini” yazılmış plakatlar tutublar.

ČTK müxbirinin verdiyi məlumata görə, hadisə yerində 100-ə yaxın adam olub, polis aksiya iştirakçılarının sayı barədə məlumat vermək istəməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ediblər ki, aksiya ictimai asayişi pozmur.

QAZİLER.AZ

Diaspora