Belçikada miqrantları qeyri-qanuni yollarla Avropaya daşıyan şəbəkənin 20 üzvü həbs edilib

Belçikada miqrantları qeyri-qanuni yollarla Avropaya daşıyan şəbəkənin 20 üzvü həbs edilib backend

Belçikanın Brügge şəhər məhkəməsi miqrantların qeyri-qanuni daşınmasında iştirakda şübhəli bilinənlər haqqında qərar verib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, məhkəmə 20 şübhəli haqqında 30 aydan 11 ilə qədər həbs  və 80 min avroya qədər cərimə qərarı verib.

Miqrantların Avropaya daşınmasında iştirakda şübhəli bilinən şəxslər 2022-ci ilin iyulunda, o cümlədən Belçika, Almaniya, Hollandiya və Böyük Britaniyanın iştirak etdiyi beynəlxalq əməliyyatda və İnterpolun dəstəyi ilə həbs ediliblər.

QAZİLER.AZ

Diaspora