Riqa Şəhər Şurası akademik Mstislav Keldışın büstünün sökülməsinə dəstək verib.
Qaziler.az bildirir ki, Riqa Abidə Şurası alimin, “SSRİ-nin üçqat sosialist əməyi qəhrəmanı” Keldışın 1978-ci ildə ucaldılmış, Riqa kanalının sahilində yerləşən abidəsinin sökülməsi təklifini dəstəkləyib.
Riqa Şəhər Şurasının deputatları Riqa Abidələr Agentliyinə büstü təşkilatın Varonu küçəsi 13 ünvanında yerləşən anbarına daşımağı tapşırıblar.
Riqa Abidələr Agentliyinin saytında qeyd edildiyi kimi, Keldış elmin və texnikanın inkişafında, dünyada ilk insanlı kosmik gəmi “Vostok”un yaradılması və uğurla orbitə buraxılmasında xüsusi xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1961-ci il tarixli fərmanı ilə “Oraq və çəkic” ikinci qızıl medalı ilə təltif edilmişdir.
Keldişin mükafatlarının bürünc tökmələri bir vaxtlar postamentin sağ tərəfinə yapışdırılırdı. Onlar keçən əsrin 90-cı illərində yoxa çıxıb.
QAZİLER.AZ